Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.27.2026 | 11:20 | Baxılıb: 1388
Martın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında əməliyyat tədbirləri həyata keçiriblər.

“gece.ws” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. 

Bildiirlib ki, nəticədə qanunsuz saxlanılan xeyli sayda silah-sursat aşkar edilərək götürülüb. Belə ki, polis əməkdaşları tərəfindən 8 avtomat silahı, 2 pulemyot, 1 tapança, 6 qumbara, 6 alışdırıcı, 15 tüfəng, 29 patron darağı və 1813 ədəd müxtəlif çaplı patron müsadirə olunub.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.