Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.09.2026 | 03:39 | Baxılıb: 1497
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO-nun Baş katibi Mark Rutte ilə qapalı görüş keçirib.

“gece.ws” xəbər verir ki, görüş ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəs razılaşmasının, eləcə də, Vaşinqtonla NATO arasındakı münasibətlərin müzakirə olunduğu həssas bir dövrə təsadüf edir.

Məlumata görə, tərəflər görüş zamanı NATO çərçivəsində əməkdaşlıq, regional təhlükəsizlik və İran məsələsi daxil olmaqla, gündəmdə olan əsas mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Ağ Evdə keçirilən qapalı görüşün detalları açıqlanmasa da, ABŞ-NATO münasibətlərinin gələcəyi əsas müzakirə mövzularından biri kimi qiymətləndirilir.

Qeyd edək ki, Ağ Evin sözçüsü Kerolayn Livitt jurnalistlərin “Prezident Tramp NATO-dan çıxmağı düşünürmü?” sualına cavabında bildirmişdi ki, bu məsələ daha əvvəl də gündəmə gəlib və prezidentin yaxın saatlarda bu mövzunu Mark Rutte ilə müzakirə edəcəyi gözlənilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.