Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.19.2026 | 01:35 | Baxılıb: 1394
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində “Nyukasl”la ilk matçına çıxıb. Matç qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“gece.ws” xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Nyukasl”ın baş məşqçisi Eddi Hau jurnalistlərin suallarını cavablandırıb:

“Bu gün yaxşı çıxış etdik, dominant tərəf biz idik. Qapıçımız buraxılan qola görə kədərləndi. Müəyyən boşluğa yer verdik. Bunun üzərində işləməliyik. Buraya gəldikdən öncə də demişdim ki, bizi çətin oyun gözləyir. Püşkatmada bəxtimizin gətirdiyini deməzdim. “Qarabağ”ın keyfiyyəti çox yüksəkdir. “Çelsi” ilə burada yaxşı oyun sərgiləmişdilər. Bu səviyyədə çıxışı davamlı etmək, əhval-ruhiyyəni yüksək saxlamaq lazımdır”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.