Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.27.2026 | 21:12 | Baxılıb: 3500
“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb.

“gece.ws” xəbər verir ki, Ağdam təmsilçisi “VSG Tirol”la üz-üzə gəlib.

Matç “Qarabağ”ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ”ın heyətində Kamilo Duran və Zakaria Savo fərqləniblər. Klubun yeni transferi olan Savo matçda het-trik edib.

Avstriya Bundesliqası təmsilçisi olan bu komanda ötən mövsümü 7-ci yerdə başa vurub.

Xatırladaq ki, “Qarabağ” hazırlıq prosesi çərçivəsində daha 2 yoxlama matçı oynayacaq. Komanda iyulun 1-də Ukrayna “Xarkov”u ilə (Bakı vaxtı ilə saat 15:00) və Macarıstan “Ferentsvaroş”u ilə (Bakı vaxtı ilə saat 20:00-da) üz-üzə gələcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.