Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.05.2026 | 11:52 | Baxılıb: 4016
Kiprin “Pafos” klubunun qapıçısı Cey Qorter karyerasını Azərbaycanda davam etdirə bilər.

“gece.ws” Niderland mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qolkiperlə “Qarabağ”ın maraqlandığı deyilir. 

“Pafos”da yaşanan maliyyə problemlərinə görə qapıçının oranı tərk etmək istəyir.

Düzdür, o daha çox ölkəsində oynamaq üçün variant axtarır. Amma “Qarabağ”ın təklifini də dəyərləndirə bilər. Üstəlik, “Pafos” bu qapıçı üçün böyük transfer məbləği tələb etmir. 

Qeyd edək ki, Cey Qorter “Pafos”a ötən ilin yayında “Ayaks”dan keçib və o, niderland klubunun yetirməsidir. Onun Kipr klubu ilə müqaviləsi 2028-ci ilə qədərdir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.