“gece.ws” xəbər verir ki, Portuqaliya mətbuatı Azərbaycan təmsilçisinin sürpriz qələbəsinə müxtəlif şərhlər veriblər.
Məşhur media orqanlarının bəziləri bunu inanılmaz qələbə, bəziləri isə “Benfika”nın zəif çıxışı adlandırıb.
Həmin yazıların bəzilərinin başlıqlarını təqdim edirik:
“Record” nəşri “Benfika”nın məğlubiyyətini “Qırmızı çətinlikdə ağ dəsmallar” başlığı ilə verib. Burada klubun qırmızı geyimli azarkeşlərinin ağ dəsmal qaldırmasına eyham vurulur.
Məşhur “A Bola” nəşri oyuna “Qarabağ” ilk qələbəsini “De Luş”da qazandı” şərhini verib.
“Observador” isə “Qarabağ”ın geridönüşünü xüsusi qabardıb.
“Diario de Noticias” “Benfika” məğlubiyyətinə “Çempionlar Liqasına yanlış başlanğıc” başlığını yazıb.
“Publico” isə oyuna daha maraqlı yanaşıb. Onlar bu oyunu “Qarabağ” “Benfika”nı xəstələndirən dərmandır” başlığı ilə paylaşıb. Buna səbəb isə “Benfika”nın ölkə çempionatında “Santa Klara” ilə heç-heçədən sonra “Qarabağ”a xilas (dərman) kimi baxmasıdır. Klub rəhbərliyi və baş məşqçi düşünürdü ki, uğursuzluq “Qarabağ” üzərində qazanılan qələbə ilə bitəcək. Amma onların “dərman” kimi düşündüyü matç məğlubiyyətlə bitdi, komandanı bir az xəstələndirdi və xaos yaratdı.