Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.11.2025 | 15:25 | Baxılıb: 1112
“Qarabağ” klubunun U-19 komandası UEFA Gənclər Liqasının oyunları üçün heyətinə iki nigeriyalı futbolçu cəlb edib. 

“gece.ws” xəbər verir ki, bu barədə Futbol Akademiyasının meneceri Nail Kərimov “Report”a açıqlamasında deyib.  

O, sözügedən ölkənin “Beyond Limit” akademiyasından iki oyunçunu transfer etdiklərini söyləyib: 

“Həmin klubla münasibətlərimiz var idi. Müraciət etdik və oyunçularını bizə yönləndirdilər. Onlar vinger Muyideen Olude və hücumçu Toheeb Abiodundur. Hər ikisi viza məsələsi həll edilmədiyi üçün ilk matçı buraxacaq”.

Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının I turunda Portuqaliya təmsilçisi “Benfika”nın qonağı olacaq. Qarşılaşma sentyabrın 16-da, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.