Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.02.2025 | 11:49 | Baxılıb: 15860
“Qarabağ” keçmiş futbolçusu Olavio Juninyonu geri qaytarmaq istəyib.

“gece.ws"in əldə etdiyi məlumata görə, braziliyalı forvardın hazırkı klubu “Flamenqo” isə onu buraxmaq istəməyib.

Azərbaycan təmsilçisi “sambaçı”nı icarəyə götürmək istəsə də, qarşı tərəf razılaşmayıb.

Qeyd edək ki, “Qarabağ” bu gün Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edəcək.

Xatırladaq ki, Juninyo ötən mövsüm 5 milyon avro qarşılığında “Qarabağ”dan “Flamenqo”ya keçib.

***

“Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl “gece.ws”ya açıqlamasında bu məsələ ilə bağlı yenilik olmadığını bildirib: “Hansısa məlumat olsa, mütləq xəbər verəcəyik”. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.