Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.16.2026 | 14:01 | Baxılıb: 3912
UEFA Çempionlar Liqası pley-off mərhələsinin “Qarabağ”la “Nyukasl” arasında keçiriləcək ilk matçının təyinatları açıqlanıb.

“gece.ws” xəbər verir ki, oyunu Norveçdən olan ədalət təmsilçiləri idarə edəcəklər.

Matçın baş hakimi Espen Eskas olacaq. Ona yan xətt hakimləri Yan Erik Enqan və Elias Başevkin köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.

Görüşdə VAR-da niderlandlı Rob Diyperink əyləşəcək. AVAR-da isə onun həmyerlisi Dennis Hiqler olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” qarşılaşması fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və ssat 21:45-də start götürəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.