Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.23.2026 | 17:28 | Baxılıb: 3613
“Qarabağ” üç futbolçusu – Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollarını ayırıb.

“gece.ws” xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilir ki, müqavilə müddətləri başa çatan futbolçular Emmanuel Addai və Ramil Şeydayevlə əməkdaşlığa yekun vurulub. Ötən mövsüm icarə əsasında “Köhlən atlar”ın heyətində çıxış edən müdafiəçi Sami Mmae isə müqavilə ilə məxsus olduğu kluba geri qayıdıb.

“Futbolçularımıza klubumuzda çıxış etdikləri müddətdə nümayiş etdirdikləri peşəkarlığa, komandamızın uğurlarına verdikləri töhfəyə görə təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq”, – deyə klub ayrılan futbolçulara xüsusi təşəkkür edib.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.