Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.22.2026 | 13:08 | Baxılıb: 3587
“Qarabağ” Qambiya əsilli isveçli futbolçu Zakariya Savo üçün İsveçin “Yurqorden” klubuna transfer məbləği ödəyib. 

“gece.ws” xəbər verir ki, bu barədə futbolinfo.az saytına sözügedən klubun idman direktoru Bosse Anderson məlumat verib.

O bildirib ki, Azərbaycan təmsilçisi Savo üçün 500 min avro (1 milyon manat) ödəniş edib.

Qeyd edək ki, Zakaria Savo son mövsümü Kiprin AEL (Limassol) klubunda keçirib. Amma o, müqavilə ilə “Yurqorden”ə məxsusdur.

Hücumçu artıq ölkəmizə gəlib. O, tibbi müayinədən keçdikdən sonra transferi rəsmən açıqlanacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.