Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Qarabağ” “Turan Tovuz”u darmadağın etdi
 
						“Qarabağ” “Turan Tovuz”u darmadağın etdi
Əlavə olunub: 03.28.2025 | 21:43 | Baxılıb: 2695
Bu gün Azərbaycan Premyer Liqasında XXVIII tura start verilib.

“gece.ws” xəbər verir ki, birinci oyun günündə bir qarşılaşma keçirilib.

“Qarabağ” səfərdə “Turan Tovuz”un qonağı olub. Qarşılaşma qonaqların 4:1 qələbəsi ilə yekunlaşıb. 

Ağdam təmsilçisinin heyətində Kadi Borqes (16 p, 84), Nəriman Axundzadə (32) və Aleksey Kaşuk (90+1) fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu isə Aleks Souza (30) vurub.

Qeyd edək ki, “köhlən atlar” 28 turdan sonra 67 xalla liderdir. Tovuz klubu 43 xalla dördüncü pillədə qərarlaşıb.

Onu da bildirək ki, XXVIII tura martın 30-da yekun vurulacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.