Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.04.2026 | 13:34 | Baxılıb: 4388
“Qarabağ” heyətinə yeni hücumçu cəlb edə bilər.

“gece.ws” xəbər verir ki, bu barədə Qazaxıstanın “Goal.kz” portalı məlumat yayıb. 

Bildirilib ki, Ağdam klubu “Han-Tenqri” klubunun hücumçusu Hüseyn Qəmbərovla maraqlanır.

“Qarabağ”la yanaşı “Qalatasaray” da Hüseyni heyətinə qatmaq niyyətindədir. 

Qazaxların iddiasına görə, tərəflər arasında danışıqlar gedir. Lakin oyunçu yetkinlik yaşına çatmadığı üçün onun hələlik öz ölkəsində oynamağa davam etməsi planlaşdırılır.

Qəmbərov özəl klub olan FFK-nın yetirməsidir. O, Almatı Liqasının ən yaxşı hücumçusu seçilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.