Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.12.2025 | 22:05 | Baxılıb: 949
Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçirilir.

“gece.ws” xəbər verir ki, ilk oyun gününün ikinci qarşılaşması “Qarabağ”la “Zirə” arasında keçirilib.

Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Daha öncə keçirilmiş “Kəpəz” – “Araz-Naxçıvan” matçında qonaqlar inamlı qələbəyə seviniblər – 2:0.

“İmişli” – “Sumqayıt” və “Turan Tovuz” – “Qəbələ” oyunları sabah, “Şamaxı” – “Karvan-Yevlax” və “Neftçi” – “Sabah” görüşləri bazar günü keçiriləcək.

Azərbaycan Premyer Liqası

4-cü tur

12 sentyabr

“Qarabağ” – “Zirə” 1:1

Qollar: Kadi Borges, 81 – Ruan Renato, 39-pen.

Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov.

“Azərsun Arena”, 20:00.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.