Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.22.2026 | 15:57 | Baxılıb: 2811
İsveçin “Malmö” klubunun hücumçusu, “Zirə”nin sabiq futbolçusu Salifu Suma “Qarabağ”ın transfer gündəmindədir.

“gece.ws” xəbər verir ki, Ağdamlılar qvineyalı ön xətt oyunçusunu ilk olaraq birillik icarəyə götürməyi planlaşdırır. Suma özünü doğruldacağı təqdirdə, daha sonra birdəfəlik transferi nəzərdə tutulacaq.

Lakin “Malmö” Sumanın birdəfəlik satışını üstün tutur. Bunun üçün isə “Zirə”yə ödədiyi məbləği – 1,3 milyon avronu tələb edir. Ancaq “Qarabağ”  isə bunu ödəmək istəmir. 

Qeyd edək ki, Sumanın “Malmö” ilə müqavilə müddəti 2029-cu ilin yayına qədərdir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.