Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.30.2025 | 14:10 | Baxılıb: 5087
Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” klubunun paylaşımı maraqla qarşılanıb.

“gece.ws” xəbər verir ki, klub rəsmi instaqram hesabında özləri ilə bağlı sarkazmlı video paylaşıb.

Paylaşımda iki foto yer alıb. Pələng şəklinin qarşısına “Qələbədən sonra növbəti oyuna hazırlaşan biz”, eyni rənglərdə olan biskvit fotosunun qarşısına isə “Rəqibimizin “Qarabağ” olduğunu yadımıza salanda”, - sözləri yazılıb.

Bu da sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunun gülməli olduğunu, digərləri isə klubun özünə hörmətsizlik etdiyini bildiriblər.

Qeyd edək ki, “İmişli” Premyer Liqanın 10-cu turunda “Qarabağ”ın qonağı olacaq. Görüş 31 oktyabr saat 17:00-da "Azərsun Arena"da baş tutacaq.

Sözügedən paylaşımı təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.