
“gece.ws” xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin Mətbuat xidməti məlumat yayıb.
Macarıstanın “Zalaeqerseq” klubu ilə danışıqlar uğurla yekunlaşıb və Bense Varkonyi “köhlən atlar”a transfer olunub. Oyunçu ilə 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Bense Varkonyi 2024-cü ildən “Zalaeqerseq”də çıxış edib. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç və Renaldo Sefas “Qarabağ”a qoşulub.