Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.28.2026 | 09:50 | Baxılıb: 3094
“Qarabağ”ın sabiq futbolçusu Emmanuel Addainin yeni komandası müəyyənləşib.

“gece.ws” xəbər verir ki, Belçikanın yüksək liqa təmsilçisi “OH Leuven” klubu 24 yaşlı futbolçunu heyətinə qatdığını açıqlayıb.

Onunla 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Addai yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Addai 2024-2026-cı illərdə “Qarabağ”da oynayıb. Bu yay onunla başa çatan müqavilənin müddəti uzadılmayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.