Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.22.2026 | 21:29 | Baxılıb: 2721
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Vestri” (İslandiya) oyunlarının başlama saatları müəyyənləşib.

“gece.ws” bu barədə UEFA-nın saytına istinadən xəbər verir. 

Komandalar arasında ilk görüş iyulun 9-da Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matç saat 20:00-da başlayacaq.

Cavab qarşılaşması isə iyulun 16-da İslandiyanın paytaxtı Reykyavikdə yerləşən “Valbjarnarvöllur” stadionunda təşkil olunacaq. Görüş yerli vaxtla saat 20:00-da  (Bakı vaxtı ilə 17 iyul, saat 00:00-da) start götürəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.