Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.20.2026 | 11:32 | Baxılıb: 3457
Növbəti mövsüm Avropa Liqasında ölkəmizi təmsil edəcək “Qarabağ”ın daha iki potensial rəqibi bəlli olub.

“gece.ws” xəbər verir ki, bunlar Serbiyanın “Voyvodina” və Rumıniyanın “Universitatya Kluj” klublarıdır. 

Bundan əvvəl də Ağdam klubunun 3 rəqibi bəlli olmuşdu. Ümumilikdə isə 8 potensial rəqibdən 5-nin adına aydınlıq gəlib. 

Digər 3 komanda isə kubok finallarından sonra məlum olacaq. 

Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Bu raundun oyunları iyulun 9-da və 16-da olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.