Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.07.2026 | 14:57 | Baxılıb: 3923
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Vestri” (İslandiya) matçına bilet satışı davam edir.

“gece.ws” klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq qarşılaşma üçün 16 min 350 bilet satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın standart biletlərinin qiyməti 5, 10, 15 və 20 manatdır. VİP sektorlar üzrə biletlər 50, 75 və 100, VVİP sektorlar üçün isə 150 manata satışa çıxarılıb. 

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Onlayn alış zamanı problem yaranacağı təqdirdə isə azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Qeyd edək ki, iyulun 9-da keçiriləcək “Qarabağ” - “Vestri” görüşü saat 20:00-da başlayacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.