Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.12.2025 | 14:53 | Baxılıb: 2531
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Benfika” (Portuqaliya) - “Qarabağ” FK matçını “Estádio do SL Benfica"da izləmək və komandamızı dəstəkləmək istəyən azərbaycanlı azarkeşlər üçün ayrılmış vauçerlər satışa çıxarılır.

“gece.ws” xəbər verir ki, bununla bağlı Ağdam klubunun rəsmi saytı məlumat yayıb. 

Biletlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq. Azarkeşlər əldə etdikləri vauçerləri biletə dəyişməlidir. Biletlərin qiyməti 88 manatdır. 

Vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı ətraflı məlumat daha sonra paylaşılacaq.

Azərbaycanlı azarkeşlər üçün "Estádio do SL Benfica"da 500 yer ayırılıb.

Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən şəxsiyyət vəsiqəsini də özləri ilə götürülməlidir. 

Qeyd edək ki, “Benfika” – “Qarabağ” oyunu sentyabrın 16-ı saat 23:00-da (Bakı vaxtı ilə) start götürəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.