Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.04.2026 | 13:33 | Baxılıb: 1913
Ağdam–Xankəndi dəmir yolu xəttinin tikintisi davam edir.

“gece.ws” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.

Bildirilib ki, dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 90, tikinti işlərinin isə 44 faizə yaxını başa çatıb.

Ağdam–Xankəndi dəmir yolu xətti üzrə inşa olunacaq Əsgəran və Xocalı stansiyalarının konsept layihələri artıq tamamlanıb.

Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin isə tikinti işləri sürətlə davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.