Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.21.2026 | 12:08 | Baxılıb: 1886
AFFA “Qarabağ” və “Sabah”ı azarkeşlərə görə 5000 manat cərimələyib.

“gece.ws” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Misli Premyer Liqasının XXVIII turunun mərkəzi qarşılaşması olan “Qarabağ” – “Sabah” matçından sonra hər iki komandanın azarkeş sektorlarından meydana kənar şəxslərin daxil olması klubların büdcəsinə ziyan vurub. Cari mövsümdə analoji halın ikinci dəfə yaşanması səbəbindən “Qarabağ” və “Sabah” klublarının hər biri 5000 manat cərimə olunub.

Həmçinin “Sabah”ın 6 futbolçusu sarı vərəqə aldığı üçün klub əlavə 700 manat cərimə edilib. Komandanın oyunçusu Abdulla Xaybullayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, paytaxt təmsilçisi isə daha 1000 manat ziyana düşüb.

“Araz-Naxçıvan” – “Turan Tovuz” matçında meydana kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə ev sahibi komanda 5000 manat cərimə olunub. Həmin görüşdə qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün Tovuz təmsilçisi 700 manat cəriməyə məruz qalıb.

“Karvan-Yevlax” – “Şamaxı” oyununda mətbuat konfransı otağının düzgün təşkil edilməməsi, yəni təşkilati-texniki öhdəliklərin pozulması səbəbindən Yevlax klubu 1000 manat cərimə edilib.

“Kəpəz” – “İmişli” görüşündə isə 4 üzvü sarı vərəqə aldığı üçün Gəncə klubu 700 manat ziyana düşüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.