Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.08.2026 | 10:32 | Baxılıb: 1894
Türkiyədə ötən gün narkotik əməliyyatları ilə bağlı saxlanılan, daha sonra sərbəst buraxılan müğənni Mustafa Ceceli açıqlama yayıb.

“gece.ws” xəbər verir ki, müğənni sosial şəbəkədə paylaşımında təəccüb içində olduğunu vurğulayıb.

“Belə bir video çəkməyə məcbur qaldığma inana bilmirəm. Bu gün bildiyiniz kimi, ictimaiyyətə məlum olan məsələ ilə bağlı lazımi tədbirlər görüldü. Ağla, məntiqə sığmayan bu böhtanlarla əlaqəm olmadığından sərbəst buraxıldım. Bu qaralama kampaniyasını kimlərin apardığının fərqindəyəm və bütün hüquqi haqlarımı istifadə edəcəyimin bilinməsini istəyirəm”, - o bildirib.

Qeyd edək ki, Türkiyədə ötən ildən narkotiklə bağlı həyata keçirilən əməliyyat çərçivəsində aralarında Hadisə, İrem Derici, Birce Akalay, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Doğukan Güngör, İsmail Hacıoğlu, Kemal Doğulu, Kaan Tangözenin də olduğu bir çox məşhur sima saxlanılıb və daha sonra sərbəst buraxılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.