Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.04.2026 | 09:07 | Baxılıb: 2978
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana minnətdarlığını bildirib.

“gece.ws” xəbər verir ki, bu barədə dövlət başçısının “X” hesabında paylaşım edilib.

“İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik”, - paylaşımda qeyd edilib. 

Qeyd edək ki, Pezeşkian 2 gün öncə İlham Əliyevə zəng edərək Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlət başçısına minnətdarlığını bildirib. Bundan başqa, o, sosial şəbəkə hesabında da zəng haqda paylaşım edərək bir daha təşəkkürünü ifadə edib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.