“gece.ws"in xəbərinə görə, hadisə ötən gecə Yevlax şəhərində yaşayış evində baş verib.
Rayon sakini 34 yaşlı Süleyman Əzizov mübahisə zəminində ögey qardaşı 41 yaşlı Orxan Səmədovu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinir.
S.Əzizov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı