Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.08.2026 | 12:14 | Baxılıb: 1511
“Düz bir il əvvəl, avqustun 8-də Prezident Donald Tramp Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanı Ağ Evdə keçirilən sammitdə qəbul etdi. Həmin gün üç lider Azərbaycan və Ermənistan arasında 30 ildən artıq davam edən münaqişədən sonra dayanıqlı sülhün əsasını qoyan tarixi saziş üzrə ilkin razılıq əldə etdilər”.

“gece.ws” xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlonun Vaşinqton sammitinin birinci ildönümü ilə bağlı videomüraciətində deyilir.

Onun sözlərinə görə, avqustun 8-dən etibarən Azərbaycan və Ermənistan liderləri Ağ Ev sammitinin ruhuna dəyişməz sadiqlik nümayiş etdirib, davamlı sülh naminə cəsarətli və konkret addımlar atıblar.

E.Karlon həmçinin vurğulayıb ki, son bir il ərzində TRIPP layihəsinin icrasında mühüm irəliləyiş əldə olunub və qarşıdakı il bu proses daha da sürətlənəcək.

“Qarşıda bizi daha çox uğurlar gözləyir”, - deyə amerikalı diplomat əlavə edib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.