Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.19.2026 | 22:50 | Baxılıb: 1450
Qaxda 18 yaşlı gənc bıçaqlanıb.

“gece.ws” nun məlumatına görə bu gün saat 19 radələrində Qax şəhərində 34 yaşlı Adil Abdurəhmanov yaşadığı ünvanda tanışı 18 yaşlı Rəvan Qadaşovu kəsici alətlə yaralayıb.

R.Qadaşov isə boşqabla A.Abdurəhmanova xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Tərəflərin xəsarətləri ilə bağlı müvafiq ekspertiza təyin olunub.

Mübariz Muradov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.