Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.01.2026 | 14:12 | Baxılıb: 3535
Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws"in məlumatına görə, hadisə Qax-Qoragan avtomobil yolunda olub.

Belə ki, hərəkətdə olan “Mercedes” və “Niva” markalı iki avtomobil toqquşub.

Nəticədə bir neçə nəfər ağır bədən xəsarətləri alaraq Təcili Yibbi Yardım avtomobili ilə Qax rayon mərkəzi xəstəxanasına çatdırılıb. Bir azyaşlının isə öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Qaxda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

Belə ki, “Niva”da olan sərnişin, 12 yaşlı S.Babazadə ölüb. Həmin avtomobildə olan digər sərnişinlər - 42 yaşlı Əzizə Babayeva, 5 yaşlı uşaq ( oğlan), sürücü 46 yaşlı Ruslan Babayev və “Mercedes” in sürücüsü, 33 yaşlı Mehman Rüstəmli xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Mübariz Muradov.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.