
“gece.ws"in əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu Ağ şəhər kompleksindəki Yaşıl ada küçəsində qeydə alınıb.
Yol polisi əməkdaşları ikinci hərəkət zolağında dayanan taksi sürücüsünə qaydaları pozduğunu bildiriblər. Bu zaman 1988-ci il təvəllüdlü sürücü A.Rzayev (şərti) tabesizlik göstərərək ictimai qaydaları pozub.
Polis əməkdaşları tərəfindən saxlanılaraq 37-ci Polis Şöbəsinə aparılan şəxs barəsində protokol tərtib edilib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə taksi sürücüsü 8 sutkalıq inzibati həbs edilib.
Aslan Vəliyev