Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.15.2026 | 17:29 | Baxılıb: 1815
“ABŞ qayıdacaq və İrandakı əməliyyatı başa çatdıracaq, hazırda o, 70-75% tamamlanıb”. 

“gece.ws” xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Çindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

“Biz əməliyyatı 70-75% tamamlamışıq. İşi axıra çatdırmadıq. Qayıdıb hər şeyi tamamlayacağıq”, - dövlət başçısı deyib.

Tramp həmçinin İranın kritik infrastrukturunu 2 gün ərzində məhv etmək iqtidarında olduqlarını diqqətə çatdırıb:

“Biz onların körpülərini və elektrik şəbəkələrini sıradan çıxara bilərdik”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.