Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.15.2026 | 00:56 | Baxılıb: 3295
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo 3 oyunluq fasilədən sonra heyətə qayıdıb.

“gece.ws” xəbər verir ki, portuqaliyalı hücumçu Pro Liqanın 22-ci turu çərçivəsində bu gün keçirilən “Əl-Fateh”lə matçın start heyətində yer alıb.

Ronaldo oyunda fərqlənərək komandasının qollarından birini vurub və qayıdışını qolla qeyd edib. Bu, ulduz futbolçunun karyerasındakı 962-ci qol olub.

Qeyd edək ki, oyun “Əl-Nəsr”in 2:0 qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, 41 yaşlı futbolçu komandasının son 3 oyununda (2-si çempionat, 1-i Asiya Çempionlar Liqası) meydana çıxmamışdı. Ronaldo bu addımı Səudiyyə Ərəbistanı Suveren Fondunun siyasətinə və klub işçilərinin maaşlarının gecikdirilməsinə etiraz olaraq atmış və oyunları boykot etmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.