Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.24.2026 | 22:00 | Baxılıb: 5618
Xəbər verdiyimiz kimi, keçmiş “gözəllik kraliçası” Karolina Flores Qomes Mexiko şəhərindəki mənzilində öldürülüb.

“gece.ws” xəbər verir ki, Karolinanın qətlə yetirildiyi anın görüntüsü yayılıb.

Yayılan kadrlarda Karolinanın qayınanası Erika Mariya ilə mübahisə etdiyi əks olunub. Belə ki, Karolina otaqdan çıxarkən qayınanası ardınca gedir və 6 atəş səsi eşidilir.

Daha sonra qurbanın əri Alexandro Qomes körpələri qucağında kadra daxil olur.

O, anasına “Bu nə idi, sən nə etdin? O, mənim ailəmdir”, - deyə qəzəblənib.

Erika isə cavabında, “Sən mənimsən və o səni oğurladı”, - deyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.