Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.27.2026 | 09:44 | Baxılıb: 3885
Türkiyənin Çanaqqala şəhəri yaxınlığında – Egey dənizində qanunsuz miqrantları daşıyan qayıq saxlanılıb.

“gece.ws” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Sahil Mühafizə Komandanlığının mobil radarı ilə müəyyən edilən motorlu rezin qayıq Ayvacıq qəsəbəsi istiqamətində dayandırılıb.

Məlum olub ki, qayıqda Avropaya qanunsuz miqrasiya etmək istəyən 31 miqrant var. Onların hamısı Əfqanıstan və Azərbaycan vətəndaşları olub. Saxlanılan şəxslərdən 9-u uşaqdır.

Sahil Mühafizə Komandanlığı saxlanılan şəxsləri aidiyyəti üzrə təhvil verib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.