
“gece.ws” xəbər verir ki, hadisə Bala Çaylı kəndi ərazisində qeydə alınıb.
Belə ki, yeniyetmə olduğu ehtimal olunan şəxs Coğaz çayında batıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Hazırda axtarışlar davam etdirilir.
***
Qazax rayonunun Bala Çaylı kəndində çayda batan məktəbli sudan çıxarılıb və onun yaşadığı məlum olub.
Vəziyyəti ağır olan şəxs Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
***
Qazaxda çaydan sağ çıxarılan 14 yaşlı Murad Sadıqov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Yunis Quliyev