Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.27.2026 | 17:21 | Baxılıb: 2058
Bu gündən Qazaxıstan Rusiya ilə sərhədi müvəqqəti bağlayıb. 

“gece.ws” xəbər verir ki, bu barədə “Rosqranstroy” öz teleqram səhifəsində məlumat yayıb. 

Məlumata görə, buna səbəb həmin ərazidən keçən Bersuat çayının daşmasıdır. Nəticədə Rusiya ilə sərhəddəki “Jelkuar” keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb. Mənbə qeyd edir ki, həmçinin Rusiyanın Çelyabinsk vilayətində yerləşən “Mariinski”  avtomobil keçid məntəqəsində də nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Əhaliyə tövsiyə edilir ki, Rusiya-Qazaxıstan sərhədindən keçidlərin planlaşdırılması zamanı bunu nəzərə alsınlar. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.