Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.30.2026 | 21:55 | Baxılıb: 2189
Qazaxıstanda dövlət idarəetmə sistemində geniş islahatlar aparılacaq.

“gece.ws” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev açıqlama verib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Qazaxıstanda dövlət idarəetmə sistemi geniş şəkildə yenilənəcək. Tokayev bildirib ki, ölkədə prezident idarəetmə forması saxlanılacaq. Prezident Konstitusiyanın qarantı, Silahlı Qüvvələrin Ali Baş Komandanı və xarici siyasətdə əsas qərarverici şəxs olaraq qalacaq.

İslahatlar çərçivəsində parlament sistemində də dəyişikliklər nəzərdə tutulur. Yeni təkpalatalı parlament yaradılması planlaşdırılır.

Bu, qurumun daha çevik və az bürokratik qaydada fəaliyyət göstərməsi hədəflənir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.