“gece.ws” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə vilayət polis idarəsi məlumat yayıb.
“İlkin məlumatlara görə, “Toyota Hiace”nin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil yol kənarına aşıb”, - məlumatda deyilir.
Qəza nəticəsində on nəfər ölüb, sürücü və iki sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb.