Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Qəbələ” bu gün Premyer Liqaya vəsiqəni təmin edə bilər
 
						“Qəbələ” bu gün Premyer Liqaya vəsiqəni təmin edə bilər
Əlavə olunub: 04.04.2025 | 12:30 | Baxılıb: 1487
Azərbaycan I Liqasında bu gün XX tura yekun vurulacaq.

“gece.ws” xəbər verir ki, son gündə lider “Qəbələ” “Baku Sportinq”in qonağı olacaq.

Bölgə təmsilçisi səfər görüşündə qələbə qazana bilsə, çempionatdakı ilk üç yeri – həmçinin Premyer Liqaya vəsiqəni təmin edəcək. Çünki qələbə təqdirində “Qəbələ” 4-cü sıradakı “Baku Sportinq”lə xal fərqini 26 xala yüksəldəcək.

Bundan sonra isə mövsümün sonuna 7 tur qalacaq və “Qəbələ” 4-cü sıradakı rəqibi üçün əlçatmaz olacaq.

Qeyd edək ki, bu mövsüm I Liqadan 3 komanda Premyer Liqaya vəsiqə qazanacaq. Hazırda “Qəbələ” 49 xalla turnir cədvəlinə başçılıq edir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.