Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Qəbələ” üçün çempionluq oyunu
 
						“Qəbələ” üçün çempionluq oyunu
Əlavə olunub: 04.18.2025 | 10:32 | Baxılıb: 1790
Azərbaycan I Liqasında çıxış edən “Qəbələ” bu gün çempionluğu rəsmiləşdirə bilər.

“gece.ws” xəbər verir ki, bölgə təmsilçisi XXII turda “İmişli” ilə üz-üzə gələcək.

İmişli şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 16:30-da səsləndiriləcək.

Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komanda qələbə qazanacağı təqdirdə xallarının sayını 58-ə yüksəldəcək. Bu da qalan 5 turun nəticəsindən asılı olmayaraq, çempionluq üçün kifayət edəcək.

Qeyd edək ki, “Qəbələ” hazırda 55 xalla turnir cədvəlində liderdir. Komandanın ən yaxın izləyicisi “Karvan”ın 39 xalı var. Yevlax təmsilçisi bu gün Bakıda MOİK-in qonağı olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.