Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.22.2026 | 12:18 | Baxılıb: 1793
Qəbələnin Uludaş kəndində məktəb binası tamamilə yanıb.

“gece.ws” xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Qafur Şərifov adına tam orta məktəbdə baş verib.

Yanğın yerinə yanğınsöndürənlər cəlb olunub. Məktəb binası tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsi açıqlama yayıb. Bildirilib ki, iyunun 21-i gecə saatlarında Qəbələ rayonu Qafur Şərifov adına Uludaş kənd tam orta ümumtəhsil məktəbində yanğın baş verib: “Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır”.

Mübariz Muradov


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.