
“gece.ws” xəbər verir ki, matçın start fitindən cəmi 2 dəqiqə sonra meydan sahibləri küncdən zərbə zamanı hesabı açmağa çox yaxın olublar.
Aleksa Yankoviçin küncdən ötürməsindən sonra “Sumqayıt”ın legioneri Ronaldo Vazkezin başla qapıya ünvanladığı təhlükəli zərbəni “qırmızı-qaralar”ın gənc qapıçısı Rza Cəfərov fantastik reaksiya ilə dəf edib. O, barmaqlarının ucu ilə topu qapının “doqquzluq” adlanan küncündən çıxararaq komandasını erkən qoldan xilas edib.
Qeyd edək ki, hazırda oyunda hesab açılmayıb (0:0).
***
Oyun qolsuz heç-heçə ilə yekunlaşıb.