Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.05.2026 | 08:28 | Baxılıb: 881
Qətər ABŞ səfirliyi ətrafında yaşayan sakinləri təhlükəsizlik məqsədilə təxliyə edir.

“gece.ws” xəbər verir ki, bu barədə Qətər Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ səfirliyinin yaxınlığında yaşayan sakinləri ictimai təhlükəsizlik səbəbindən təxliyə etməyə başlayıblar.

Müvəqqəti tədbir olaraq sakinlər təhlükəsiz ərazilərə köçürülür və onlar alternativ yaşayış yerləri ilə təmin olunur.

Dohadakı ABŞ səfirliyi də sosial media vasitəsilə xəbərdarlıq edərək, sakinlərə səfirliyin yaxınlığından uzaq durmağı tövsiyə edib:

“Xahiş edirik, ehtiyat tədbiri olaraq ABŞ səfirliyinin yaxınlığından uzaq durun”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.