Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.23.2026 | 10:33 | Baxılıb: 4697
Mayın 14-ü Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda baş vermiş dəhşətli avtomobil qəzasında həlak olan 8 nəfərdən dördü dünən dəfn edilib.

“gece.ws” Aktual.ge-yə istinadən xəbər verir ki, meyitləri tanınmaz halda olan gənclərdən 4-nün nəşi mayın 22-si ailələrinə təhvil verilib.

Məhkəmə ekspertizası onların şəxsiyyətini dəqiqləşdirdikdən sonra cənazələr Tbilisidən gənclərin yaşadığı kəndə gətirilib və musiqi sədaları altında dəfn edilib.

Qeyd edək ki, “BMW” markalı avtomobilin sürətlə hərəkətdə olarkən aşaraq yanması nəticəsində 7 gənc hadisə yerində, 1 nəfər isə Rustavi şəhərindəki xəstəxanada ölüb. Onların hamısı azərbaycanlı olub. Vəfat edənlər arasında 4 qardaş (2 ailənin övladları) da olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.