Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.28.2026 | 10:27 | Baxılıb: 3227
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda qəzada ölən Nail Əlizadə tələbə olub.

“gece.ws” xəbər verir ki, bu haqda Naxçıvan Musiqi Kolleci paylaşım edib. Qeyd edilib ki, Nail NDU nəzdində Naxçıvan Musiqi Kollecinin III kursunda oxuyub. 

Kollecin kollektivi adından məhrumun ailəsinə başsağlığı verilib.

Xatırladaq ki, mayın 23-ü gecə saatlarında Çeşməbasar kəndi ərazisində “Hyundai” markalı avtomobilin aşması nəticəsində ağır xəsarət alan Əlizadə Nail İlham oğlu xəstəxanada vəfat edib. Daha 5 nəfər isə yaralanıb. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.