Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.06.2026 | 16:16 | Baxılıb: 3981
Ötən il ağır qəzada yerimə qabiliyyətini itirən gənc müğənni Ayla Şiriyeva (Aila Rai) artıq yeriməyə başlayıb.

“gece.ws” xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında video paylaşıb. 

“Bu gün hər addımım mənə xatırladır ki, insan iradə ilə öz taleyini dəyişə bilər. Əgər sən də yorulmusansa, təslim olmağa tələsmə. Həyat bəzən ən gözəl hədiyyələrini ən ağır sınaqlardan sonra verir. Bu gün ata bildiyim hər addım mənə bir şeyi xatırladır: insan yıxıla bilər, amma yenidən ayağa qalxmaq qərarı onun öz əlindədir. Dua edin, sabah bu gündən daha güclü addım atım”, - o paylaşımında bildirib.

Qeyd edək ki, bir neçə ay öncə saytımıza müsahibə verən 27 yaşlı Aila Rai qəzadan sonra yaşadığı çətinliklərdən danışmış, bu yolda apardığı mübarizələrini dilə gətirmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.