Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.27.2026 | 16:50 | Baxılıb: 3351
Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws” xəbər verir ki, qəza Şamaxıdan Bakı istiqamətində hərəkət edən nəqliyyat vasitəsinin idarəetmədən çıxması nəticəsində qeydə alınıb.

Hadisə səbəbindən magistral yolun bir tərəfi tamamilə bağlanıb. Nəticədə paytaxt istiqamətində uzunmüddətli tıxac yaranıb və onlarla avtomobil yolda qalıb.

Hazırda əraziyə polis əməkdaşları cəlb olunub. Yolun hərəkət hissəsinin təmizlənməsi və nəqliyyatın hərəkətinin yenidən bərpası istiqamətində işlər davam etdirilir.

***

Yolda avtomobillərin hərəkəti bərpa olunub.

Mübariz Muradov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.