
“gece.ws” xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ Prezidenti Donald Trampın “Onlar tam xaos içindədirlər” açıqlamasına cavab olaraq sosial media hesabında yazıb.
O bildirib ki, ABŞ tərəfinin qəzəbi İran daxilində mövcud olan birlikdən qaynaqlanır.
“Düşmənin qəzəbi bizim birliyimizlə bağlıdır. Qəzəblənin və bu qəzəblə ölün”, - spiker qeyd edib.
İran parlament rəhbəri əlavə edib ki, Vaşinqtonun tənqidləri və bəzi rəsmilərin açıqlamaları ölkə rəhbərliyi ətrafında formalaşan həmrəyliyin və ABŞ-nin planlarının iflasa uğramasının nəticəsidir.