Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.16.2025 | 11:48 | Baxılıb: 779
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada intensiv hərbi əməliyyatın başladığını təsdiq edib.

“gece.ws” xəbər verir ki, bu barədə məlumatı İsrailin “Ynet” portalı yayıb. 

Bildirilib ki, Netanyahu bu barədə korrupsiya işi ilə bağlı məhkəmədə ifadə verməzdən əvvəl danışıb. 

Əməliyyatla bağlı məşğul olduğunu diqqətə çatdıran Baş nazir, onun iştirakı ilə keçirilən məhkəmə dinləmələrinin təxirə salınmasını istəyib. 

Xatırladaq ki, bundan əvvəl, “Axios” portalı İsrail ordusunun Qəzza şəhərində yeni genişmiqyaslı hərbi əməliyyata başladığını yazmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.